Azərbaycan və Gürcüstan müdafiə nazirləri Şuşada görüş keçirib

Azərbaycan və Gürcüstan müdafiə nazirləri Şuşada görüş keçirib
Foto
Siyasət 18

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək üçün ölkəmizə rəsmi səfərə gəlib.

BAKU.WS xəbər verir ki, oktyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Şuşada gürcüstanlı həmkarı ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfə qeyd olunub.

Tərəflər iki ölkənin müxtəlif formatlarda keçirdiyi görüş və qarşılıqlı səfərlərin hərbi əlaqələrin inkişafına müsbət təsir göstərdiyini bildiriblər.

Görüşdə həmçinin hərbi əməkdaşlığın gələcək istiqamətləri, birgə təlimlərin artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər