Koronavirusla mübarizə üçün bir günə 11 milyon manat yardım edildi

26
mar
2020
22:01
Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr göndərilməkdə davam edir.
BAKU.WS xəbər verir ki, martın 26-sı saat 20:40-a olan məlumata görə, ümumilikdə fonda 90 milyon 155 min 635 manat pul köçürülüb. Bu vəsait 1068 hüquqi, 2192 fiziki şəxsin ianəsi ilə toplanıb.
Qeyd edək ki, martın 25-nə kimi fonda 78 milyon 764 min 611 manat pul köçürülüb. Son bir gün ərzində təxminən 11 milyondan çox manat ianə edilib.
Oxşar xəbərlər
"Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür
“Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur”. BAKU.WS xəbər verir ki, bunu İqtisadi İslahatla...
