Əsma Əsəd boşanaraq Londona köçmək istəyir? - Kremldən cavab

Əsma Əsəd boşanaraq Londona köçmək istəyir? - Kremldən cavab
Dünya 233

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Rusiyadan çıxış üçün xüsusi icazə tələb etməyib.

BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Peskovun sözlərinə görə, Əsədin boşanması və onun əmlakının dondurulması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, dekabrın 8-də Əsəd və ailəsinin Rusiyaya gəldiyi barədə məlumatlar yayılıb. Bildirilib ki, keçmiş Suriya prezidenti hazırda Moskvadadır. Dekabrın 22-də isə Türkiyə və ərəb mediası Əsma Əsədin yeni həyatından narazı olduğunu və boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb. Həmçinin iddia edilib ki, o, Rusiyadan çıxış üçün xüsusi icazə istəyib.

Əsma Əsədin Böyük Britaniya və Suriya vətəndaşlığı var. O, suriyalı valideynlərin ailəsində Londonda doğulub və böyüyüb. 2000-ci ildə Suriyaya köçərək, qısa müddət sonra Əsədlə evlənib.

Son xəbərlər