İranda avtobus yanacaq tankeri ilə toqquşub: 10-a yaxın ölən var
23
dek
2024
17:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Sistan və Bəlucistan əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Zahidanda avtobusla yanacaq tankeri toqquşub.
Sistan və Bəlucistan əyalətinin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Seyidməhəmmədi Səccad bildirib ki, qəza nəticəsində doqquz nəfər həlak olub.
Qeyd edilib ki, hadisədə daha 13 nəfər yaralanıb. Xəsarət alan şəxslər dərhal xəstəxanaya aparılıblar.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...