Dünya çempionu A Seriyası klubunun baş məşqçisi postundan qovulub
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya millisinin heyətində dünya çempionu olan Alessandro Nesta A Seriyası təmsilçisi "Montsa"nın baş məşqçisi vəzifəsindən qovulub.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə işindən kənarlaşdırılıb.
A.Nesta cari mövsümün əvvəlindən "Montsa"ya rəhbərlik edirdi. Onun baş məşqçisi olduğu kollektiv bu mövsüm 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə məğlub olub. Komanda cəmi 1 matçda qələbə qazana bilib.
Qeyd edək ki, "Montsa" A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...