XİN başçısı: Trampın Ağ Evə qayıtması İsrail üçün yeni imkanlar açacaq
23
dek
2024
18:18
İsrail 2025-ci ildə Donald Trampın ABŞ Prezidenti vəzifəsinə qayıtmasının yəhudi dövləti üçün yeni imkanlar açacağına ümid edir.
"Report" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar parlamentin xarici işlər və müdafiə komissiyasının iclasında çıxışı zamanı bildirib.
"Növbəti il çətin il olacaq. 2025-ci il Donald Trampın rəhbərliyi altında böyük imkanlar ili olacaq", - o qeyd edib.
Nazir Trampın ABŞ-də hakimiyyətə qayıtması fonunda nikbin olduğunu vurğulayıb.
Qeyd edək ki, Donald Tramp 20 yanvar 2025-ci ildə ABŞ Prezidenti vəzifəsinə başlayacaq.
Oxşar xəbərlər
ABŞ Meksika narkokartellərini terror təşkilatları siyahısına daxil edib
ABŞ Dövlət Departamenti Meksikanın "Xuarez" (Juárez Cartel) və "Los Viagras" narkokartellərinin xarici terror təşkilatları və xüsusi kateqoriyalı qlobal terrorç...