Azərbaycanın Xalq artisti VƏFAT ETDİ

Azərbaycanın Xalq artisti VƏFAT ETDİ
Foto
Hadisə 99632

Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında bildirib.

Qeyd edək ki, Rasim Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub. 1951-1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962-1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil alıb. 1968-1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirib.

1964-1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970-2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solist olub.

2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Oxşar xəbərlər

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub

Salyanda Kür çayında 16 yaşlı yeniyetmə boğulub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə al...

55 Hadisə 21:58 02 avqust 2025

Son xəbərlər