Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət alıb
Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar - 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu, 2004-cü il təvəllüdlü Hacıyeva Sevinc Namiq qızı, 1985-ci il təvəllüdlü Hacıyeva Gülnar Yusif qızı, 1982-ci il təvəllüdlü Hacıyev Namiq Nəbi oğlu və 2003-cü il təvəllüdlü Nağıyev Cəmil Asəf oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Sürücü "Chery Tigg...