"DEHA" serialının baş rol ifaçısı kinodakı bacısı ilə eşq yaşayır?

DEHA serialının baş rol ifaçısı kinodakı bacısı ilə eşq yaşayır?
Şou-biznes 13046

Türkiyədə yayımlanan "Deha" serialında baş rolları paylaşan Aras Bulut İynemli və Eylül Ersöz arasında sevgi münasibətinin olduğu iddiaları geniş müzakirələrə səbəb olub.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, serialda "Ceylan" obrazını canlandıran Eylül Ersöz və "Dervran" obrazını oynayan Aras Bulut İynemli ilə bağlı yayılan bu iddialar nəhayət Eylül Ersözün verdiyi açıqlama ilə sonlanıb. Aktrisa bu məsələyə aydınlıq gətirərək iddiaların doğru olmadığını bildirib:

"Aras ilə sevgili deyilik. Bu iddianın haradan, necə və hansı məqsədlə ortaya çıxdığını bilmirəm. İddialar əsassızdır," - deyə o vurğulayıb.

Məşhur aktrisanın bu açıqlaması sosial mediada böyük diqqət çəkib. O, həmçinin bildirib ki, Aras Bulut İynemli ilə aralarındakı münasibət yalnız rol yoldaşlığı ilə məhdudlaşır.

Bu bəyanatla birgə yayılan şayiələrə nöqtə qoyulub və aktyorların yalnız peşəkar əməkdaşlıq etdiyi dəqiqləşib.

Oxşar xəbərlər

Tanınmış aktrisa 10 milyon qonorar aldı

Tanınmış aktrisa 10 milyon qonorar aldı

Türkiyəli aktrisa Sıla Türkoğlu tekstil brendinin reklamında çəkilməyə razılıq verib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, aktrisa reklam çəkilişindən...

258 Şou-biznes 21:21 04 sentyabr 2025

Son xəbərlər