Azərbaycanda peşə məktəbi və kolleclərdə oxuyanları SEVİNDİRƏCƏK XƏBƏR
"TələbəPlus" layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır".
Bu barədə BAKU.WS-ə Təhsilin İnkişafı Fondundan bildirilib.
Belə ki, tələbələr "VISA"nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər:
"Layihəyə 250-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda müəyyən güzəştlər ediləcəkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan tələbələr daxildir.
Kart eyni anda bir neçə funksiyanı yerinə yetirir. Həm universitetə giriş-çıxışı təmin edir, həm debet bank kartı kimi fəaliyyət göstərir, həm tələbələrin təqaüd kartı, həm də imtiyazlar, endirimlər təqdim edir.
Layihəhə başlamazdan öncə tələbələr arasında (500 nəfər) anket sorğusu, və müsahibə keçirilib. Onların istəkləri, fikir və təklifləri nəzərə alınalaraq xüsusi siyahı hazırlanıb. Əməkdaşlıq etdiyimiz şirkətlərin tələbəyönümlü olmasına çalışırıq.
Tələbələrin işini mümkün olduğu qədər asanlaşdırmaq məqsədilə, BirBank mobil tətbiqində "TələbəPlus" bölməsi yaradılacaqdır ki, orada bütün endirimlər haqqında məlumat və proqrama qoşulan şirkətlərin siyahısı yer alacaq. Sözügedən tələbə kartının digər tələbə kartlarından üstünlüyü ondan ibarətdir ki, kart asanlıqla "Apple Pay" və "Google Pay" elektron cüzdanlarına əlavə edilə bilir.
Tələbələr mövcud endirimlər, qoşulan şirkətlər haqqında məlumatı linktr.ee/talabaplus linkindən istifadə edərək, sosial şəbəkələrimizdən əldə edə bilərlər. Yaxın zamanda "TələbəPlus"ın öz saytı yaradılacaqdır ki, burada da asanlıqla bütün məlumatlar əlçatan olacaq. Həmçinin ali təhsil müəssisələrində məlumatlandırıcı "rollup"lar yerləşdirilir.
Əməkdaşlıq müqaviləsi imzalanmış 20 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 170000 tələbə "TələbəPlus" kartı ilə təmin edilməkdədir. Onu da bildirmək istərdim ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də bu layihədən yararlanması nəzərdə tutulur. (təxminən 70.000 nəfər).".
"TələbəPlus"a qoşulan ali təhsil müəssisələrin siyahısı:
1. Bakı Dövlət Universiteti
2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
3. ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universiteti
4. Azərbaycan Texniki Universiteti
5. Azərbaycan Dövlət Pedaqoji Universiteti
6. Azərbaycan Memarlıq və İnşaat Universiteti
7. Bakı Slavyan Universiteti
8. Azərbaycan Dillər Universiteti
9. Bakı Mühəndislik Universiteti
10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
11. Sumqayıt Dövlət Universiteti
12. Lənkəran Dövlət Universiteti
13. Gəncə Dövlət Universiteti
14. Azərbaycan Texnologiya Universiteti
15. Mingəçevir Dövlət Universiteti
16. Naxçıvan Dövlət Universiteti
17. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
18. Naxçıvan Müəllimlər İnstitutu
19. Türkiyə-Azərbaycan Universiteti
20. Azərbaycan Dövlət Aqrar Universiteti
Orxan Hüseyn
Oxşar xəbərlər
Maaş və pensiyalar bu qədər artır - Prezidentdən hamının gözlədiyi VACİB SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 2...