"TikTok"da əxlaqsızlığı təbliğ edənlər saxlanıldılar: Aralarında Azər Zahid də var
Yeniliklərdən dərhal xəbərdar olun
"TikTok"da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıblar.
BAKU.WS xəbər verir ki, "TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Vətəndaşların narazılığına səbəb olan "emin_resad" və "azerzahid6669966" adlı istifadəçilər tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad" adlı "TikTok" səhifəsinin idarəçiləri - Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966" adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqləyiblər.
Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...