Mozambikdə qasırğa nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb
Mozambikdə "Şido" qasırğası nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb, daha 868 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Rádio Moçambique" radiosu Təbii Fəlakət Risklərinin İdarə Edilməsi və Azaldılması üzrə Milli İnstitutun məlumatına əsasən xəbər verib.
Bundan başqa, dekabrın 15-19-da Mozambikdə sürəti saatda 260 kilometrə çatan güclü külək və yağışlar nəticəsində 118 mindən çox yaşayış evi, 52 xəstəxana və 35 məbəd dağılıb. Kabu-Delqadu, Nampula, Nyasa, Tete və Sofala əyalətlərində 687 min mozambikli qaçqın düşüb.
Xatırladaq ki, dekabrın 7-8-də Hind okeanının cənub-şərq hissəsində yaranan qasırğa Afrika sahillərinə doğru hərəkət etməyə başlayıb. Dekabrın 23-ü adada matəm günü elan edilib.
Mozambikdən qərbə doğru hərəkət edən qasırğa Zimbabve və Malavidə də fəsadlar törədib. Malavidə "Şido" 13 nəfərin ölümünə səbəb olub, çoxlu sayda bina dağılıb, 45 min malavili evsiz qalıb.
Oxşar xəbərlər
Vuçiç Lavrovla "Kosova-alban iqtidarının yerli serblərə qarşı terrorunu" müzakirə edib
Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qərbin "məhdudlaşdırıcı tədbirlərlə maneə törətməyə çalışdığı əməkdaşlığın dav...