Alimlər infarkt və insult riskini artıran beş qidanın adını açıqlayıblar

Yüksək qan şəkəri səviyyəsi infarkt və iflic riskinizi artırır. Bunun baş verməməsi üçün onu artıran qidaların sayını azaltmaq lazımdır.
BAKU.WS "Rossiyskaya qazeta"ya istinadən xəbər verir ki, Britaniyada 40 yaşdan yuxarı hər onuncu vətəndaş şəkərli diabetdən əziyyət çəkir. Onların bir çoxu sağlam hesab olunsa da, qan şəkərində sıçrayış riskini artıran qidalardan istifadə edir. Bunlara kartof, üzüm, quru meyvələr, meyvə şirəsi və suşi daxildir.
Karbohidrat qəbulunuza da diqqət yetirməlisiniz. Qan şəkərini sabitləşdirmək üçün isə duzlu kələm, brokoli, mərcimək, sitrus meyvələri, şəkərsiz qatıq, yumurta və dəniz məhsulları yemək lazımdır.
Tədqiqatçılar günə protein, sağlam yağlar və kompleks karbohidratları ehtiva edən sağlam səhər yeməyi ilə başlamağı tövsiyə ediblər. Məqalədə deyilir ki, onlar avokado, yulaf əzməsi və kakaoda olur.
Oxşar xəbərlər
"Azercell"in müzakirələrə səbəb olan dəyişikliyi - Əslində nə baş verir?
"Müşahidələr göstərir ki, "Azercell" operatoru tərəfindən heç bir qiymət artımı baş verməyib. Sadəcə olaraq, yeni dəyişikliklərə əsasən, 1 manata 1 gün, 5 manat...
