Tanınmış müğənni narkotik istifadəçisi qızının yeni görüntüsünü paylaşdı
Türkiyəli müğənni Umut Akyürek narkotik maddə qəbul edən qızı ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə qızı Melek Balın yeni görüntüsünü paylaşıb.
Umut paylaşımına "Şükürlər olsun....Sizə nə qədər təşəkkür etsəm azdır" sözlərini əlavə edərək qızının çətin günlərini geridə qoyduqlarını bildirib.
Xatırladaq ki, iki ay əvvəl sənətçi qızının narkotik istifadə etdiyini və ondan qorunmaq üçün özünü evin bir otağına kilidlədiyini bildirmişdi.
"O, psixoloji xəstəlik səbəbindən özünü saxlaya bilmədiyi üçün vəziyyət dəhşətli həddə çatdı! Mən özümü otağa kilidləmişəm. Biz polisə zəng etməli olduq. Ölkəmizdə baş verən hadisələr bu maddənin istifadəsi ilə bağlıdır. Mən bir müğənniyəm, buna gücüm çatmır. Ona nəsə olacağından qorxuruq. O, huşunu itirir" - deyə Umut qeyd edib.
Oxşar xəbərlər
Kilauea püskürdü - Lava sütununun hündürlüyü 425 metrə çatdı
ABŞ-nin Havay ştatında yerləşən və dünyanın ən aktiv vulkanlarından biri hesab olunan Kilauea yenidən püskürüb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin...