İşçilər "Novıy Baku" restoranında keçirilən şənliyə striptizçi çağırdı - Müdir qovuldu

Rusiyada dekabrın 20-də "Staveelektroset" dövlət müəssisəsinin korporativ gecəsinə striptizçi dəvət olunub.
BAKU.WS SHOT teleqram kanalına istinadən xəbər verir ki, bu səbəbdən şirkətin direktoru Sergey Kaişev işdən çıxarılıb.

Məlumata görə, Şirkət əməkdaşları tədbiri yerli "Novıy Baku" restoranında qeyd ediblər. Bildirilir ki, striptizçini dəvət edən işçilər bu yolla "rəislərini razı salmaq" istəyiblər.
Korporativ partisinin videoları internetdə görünəndə yerli sakinlər qəzəbləniblər, çünki onların evlərində müntəzəm olaraq elektrik kəsilməsi yaşanıb. Sonuncu dəfə elektrik enerjisinin kəsilməsi şənlik günü olub.
Bəzi vətəndaşlar hətta polisdən "Stavelectroset"i yoxlamağı xahiş ediblər. Şirkətin direktoru artıq tutduğu vəzifədən azad edilib.
Oxşar xəbərlər
Ermənistan ordusunun əsgəri ildırım vurması nəticəsində ölüb
Ermənistan ordusunun hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində ölüb. BAKU.WS "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənist...
