Dünyada ilk dəfə qadının iştirakı olmadan uşaq dünyaya gəldi
Peruda unikal texnologiya ilə dünyaya gələn uşaq tibb sahəsində inqilab hesab edilir. ABŞ-nin Gameto biotexnologiya şirkəti tərəfindən hazırlanmış Fertilo texnologiyası qadın orqanizmi olmadan yumurta hüceyrələrinin yetişdirilməsinə imkan verib.
BAKU.WS xəbər verir ki, bu barədə news.ru məlumat yayıb.
Fertilo metodu ənənəvi süni mayalanma (EKO) üsulundan fərqli olaraq, yumurta hüceyrələrinin qadın bədənindən kənarda, laboratoriyada alınmış xüsusi dəstəkləyici hüceyrələr vasitəsilə yetişdirilməsini təmin edir. Ənənəvi EKO zamanı qadınlara iki həftəlik hormonal stimulyasiya tətbiq edilir və prosedur ümumilikdə üç həftə çəkir. Bu proses yan təsirlər və qadın orqanizminə əlavə yük riski yaradır.
Fertilo texnologiyası isə yumurta hüceyrələrinin əsas yetişmə mərhələsini qadın bədənindən kənarda həyata keçirərək prosedurun müddətini üç günə qədər azaldır və hormonal inyeksiyaların miqdarını 80% azaltmağa imkan verir.
Gameto şirkəti artıq Peruda, Avstraliyada, Yaponiyada, Meksikada, Argentinada və Paraqvayda bu texnologiyanın tətbiqi üçün icazə alıb. ABŞ-də isə klinik sınaqların son mərhələsi keçirilir.
Rusiya Səhiyyə Nazirliyi isə 2024-cü ildə EKO prosedurlarının xərcini 28,7% azaltmağı planlaşdırdığını bildirib. Bu, hazırkı il ərzində EKO xidmətlərinin faktiki orta dəyərinin gözləntilərdən aşağı olması ilə izah edilir.
Yeni texnologiyanın uğurlu tətbiqi süni mayalanma sahəsində inqilab hesab edilir və gələcəkdə daha geniş coğrafiyada istifadə olunacağı gözlənilir.
Oxşar xəbərlər
"WhatsApp"ı olanların NƏZƏRİNƏ! - 2025-ci ildə bu telefonlardan SİLİNƏCƏK
Dünyanın ən məşhur messenceri olan "WhatsApp" 2025-ci il yanvarın 1-dən bəzi istifadəçilər üçün xidməti dayandıracaq. BAKU.WS xarici mətbuata istinadən xəbər ve...