Azərbaycanda yeni pul nişanı tədavülə buraxılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsini həyata keçirib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, istehsal və yenilənmə prosesləri ötən il həyata keçirilmiş 3 qəpiklik pul nişanı mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb.
Yenilənmiş 3 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.
Yenilənmiş 3 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Yenilənmiş 3 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Oxşar xəbərlər
Qurban bayramı ərəfəsində bazarlardakı QİYMƏTLƏR
Qurban bayramı ərəfəsində paytaxtda ət kəsimi məntəqəsində durğunluq yaşanır. BAKU.WS ATV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, hazırda alıcı...
