Şahməddin Abdullayevə vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) yeni təyinat olub.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şahməddin Abdullayev İRİA-nın Data İdarəetməsi departamentinin direktoru vəzifəsinə təyin edilib.
O, əvvəllər "PAŞA Bank"da müxtəlif vəzifələrdə, o cümlədən data əməliyyatları şöbəsinin rəhbəri, BI və data analitikası istiqamətində rəhbər vəzifələrdə çalışıb.
Xatırladaq ki, daha əvvəl İRİA-da Data İdarəetməsi departamentinin direktoru vəzifəsində 2023-cü ildən cari ilin aprelinə qədər Kamran Ağayev işləyib.
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlara təsir edə bilər – XƏBƏRDARLIQ
Noyabrın 23-ü üçün tibbi-meteoroloji proqnoz açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron...