Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" Gömrük Postuna rəis təyin edilib.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə baş inspektor Bəhram Sərvər oğlu Əvəzov gətirilib.
Xatırladaq ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanın sabiq rəisi Fərid Usubov 2025-ci ilin iyununda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmri ilə əvvəlcə sərəncama götürülmüş, eyni ilin dekabr ayında isə Hövsan limanında aşkarlanan külli miqdarda qaçaqmalçılıq (qanunsuz siqaret yükləri) işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Oxşar xəbərlər
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir....