Qəza baş verdi, avtomobildə sıxılı vəziyyətdə qaldı
Bakı-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib, nəticədə vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.
Hadisə yerində vəziyyət qiymətləndirilərkən müəyyən edilib ki, "KamAZ" markalı yük avtomobili, "Renault" markalı avtomobildaşıyan və "Hyundai" markalı minik avtomobilinin iştirakı ilə qəza baş verib. Nəticədə "KamAZ"ın sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü - 1981-ci il təvəllüdlü Ramil Allahverən oğlu Firuddinovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
Sumqayıtda dörd yaşlı uşağı avtobus vuraraq öldürüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb. Məlum...