Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Mirzəcamallı kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Səxavət Niyaz oğlu Babayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb.
Nəticədə avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib.
Qəza zamanı sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Ruhiyyə Sabir qızı Hüseynova və Məhəmməd Məmməd oğlu İsgəndərov ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda baş verən güclü yanğın söndürülüb
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Bild...