Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb
19
sen
2026
11:56
Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1963-cü il təvəllüdlü Rüstəmov Loğman Abas oğlu idarə etdiyi "Isuzu HC 45" markalı avtobusla piyada azyaşlı Həsənli Turan İlqar oğlunu ehtiyatsızlıqdan vurub. Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu - 17 yaşlı oğlu saxlanıldı
Bakının Suraxanı rayonunda 17 yaşlı oğlanın anasını bıçaqladığı iddia edilir. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay k...