Elxan Şahinoğlu: "İşğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə hər il milyardlarla manat vəsait ayrılır"

Elxan Şahinoğlu: İşğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə hər il milyardlarla manat vəsait ayrılır
Şərh
Siyasət 26

"İşğaldan azad olunmuş ərazilərdəki bərpa və quruculuq işlərinə hər il milyardlarla manat vəsait ayrılır".

BAKU.WS xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini 30 ildən çox işğal altında saxlamasının həmin ərazilərə mənfi fəsadları olub. Bütün evlər, muzeylər dağıdılıb. Ekosistemə çox böyük zərbələr dəyib.

Elxan Şahinoğlu açıqlaması zamanı "Böyük Qayıdış" proqramının uğurla icra deyib.

O, həmçinin vurğulayıb ki, hazırda işğaldan azad olunan bölgələrdə Azərbaycan həm tikinti-quruculuq işləri aparır, həm də ekosistemi yenidən bərpa edir.

Politoloq bu bərpa işlərinin ən böyük hissəsinin ölkəmizin dövlət büdcəsi hesabına, bir qisminin isə tərəfdaş ölkələrin reallaşdırıldığını bildirib:

"Ərazilər minalardan təmizlənir, ağaclar əkilir, su elektrik stansiyaları tikilir. Bütün bunları Azərbaycan öz hesabına həyata keçirir. Düzdür, Azərbaycana tərəfdaş ölkələrin bir qismi də işğaldan azad olunmuş bölgələrdə tikinti-quruculuq işlərinə cəlb olunublar. Amma əsas yük məhz Azərbaycanın üzərindədir. Azərbaycan hər il büdcəsindən bu çalışmalar üçün milyardlarla manat vəsait ayırır. Bu, gələcək illərdə də belə olacaq. Çünki həmin ərazilər bərpa olunmalı, insanlar ora köçürülməli və rahat həyatlarına davam etməlidirlər".

Son xəbərlər