Muğla bələdiyyəsinin sədri: Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələrimiz var
Muğla bələdiyyəsi Azərbaycanın yerli idarəetmə nümayəndələri ilə mütəmadi əlaqələr qurur.
BAKU.WS xəbər verir ki, bunu report-un Türkiyə bürosuna açıqlamasında COP 31-ə hazırlıq çərşivəsində Ankarada keçirilən "Ətraf Mühit və Kommunikasiya Zirvəsi" mövzulu beynəlxalq konfransa qatılan Muğla Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Aras deyib.
O, bildirib ki, Muğlanın 13 rayonu arasında xüsusilə seçilən Bodrum azərbaycanlıların ən çox sevdiyi istirahət bölgəsidir:
"Azərbaycan Türkiyədəki Səfirlik nümayəndəliyi ilə bələdiyyə nümayəndə heyətləri ilə rəsmi görüşlər keçirilərək ölkəmizlə birgə mədəni, turizm və yerli idarəetmə layihələri çərçivəsində tərəfdaşlıq imkanları, qardaş şəhər münasibətlərini müzakirə edirik".
Ahmet Aras deyib ki, bundan başqa Bakıda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə, o cümlədən COP-29 İqlim Sammitində iştirak edib. Azərbaycanlı tərəfdaşları və müxtəlif yerli idarəetmə nümayəndələri ilə əlaqələri gücləndirmək üçün də görüşlər keçirib.
Qedy edək ki, Ankara Antalyada keçiriləcək COP 31 qlobal iqlim sammitinə hazırlıq, dialoq və maarifləndirmə tədbirlərinə ev sahibliyi edir.
Tədbirdə dövlət sektorunun, yerli hökumətlərin və medianın nümayəndələrinin iştirakı ilə iqlim böhranıyla mübarizədə şəhərlərin rolu və iqlim diplomatiyası müzakirə edilib.
Muğlanın iqlim mühafizəsi səylərindən bəhs edən Ahmet Aras bildirib ki, rəhbərlik etdiyi bələdiyyənin təşkilatçılığı ilə ÇOP-31 çərçivəsində 28-30 sentyabr tarixlərində Muğla Aralıq dənizi İqlim Zirvəsi keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan və Almaniya iqlim sahəsində əməkdaşlığı müzakirə ediblər
Azərbaycan və Almaniya iqlim və ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər. BAKU.WS report-a ist...