"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

İmişli ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
İdman 16

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb.

BAKU.WS xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə bu klubun formasını geyinib. "İmişli" avqustun 4-də oyunçu ilə vidalaşdığını açıqlamışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər