Yamal finaldakı qələbə qolunda öz payını açıqlayıb

Yamal finaldakı qələbə qolunda öz payını açıqlayıb
İdman 14

İspaniya millisinin və "Barselona"nın futbolçusu Lamin Yamal 2026-cı il dünya çempionatının finalında Fərran Torresin vurduğu qələbə qolunda öz rolundan danışıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Yamalın sözlərinə görə, qolun əsasını onun topu irəli apararaq iki argentinalı müdafiəçini özünə çəkməsi qoyub. Bundan sonra Pedro Porro cinahdan sərbəst şəkildə ötürmə etmək imkanı qazanıb və Torres həmin hücumu qolla tamamlayıb.

"İnsanlar bunu fərq etmir, amma finaldakı Fərranın qolu yalnız mənim topu aparmağım sayəsində mümkün oldu. İki müdafiəçini üzərimə çəkdim və bundan sonra Pedro Porro maneəsiz şəkildə orta aça bildi", – deyə Yamal bildirib.

Futbolçu əlavə edib ki, belə epizodları özü yaxşı görür, lakin bununla kifayətlənmir.

"Bacardığınızı biləndə bu sizə kifayət etmir", – deyə Yamal vurğulayıb.

Qeyd edək ki, İspaniya finalda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər