Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib
18
sen
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"ya qalib gəlib.
BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
61-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti zərbəsini Marko Yankoviç qola çevirib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur.
Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
"Sabah" - "Barselona" qarşılaşması start götürdü
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində "Sabah" - "Barselona" qarşılaşması start götürüb. BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadi...