Embraer şirkətinin nümayəndləri qəzanın baş verdiyi Aktauya gediblər
Aktauda baş vermiş aviasiya qəzasının araşdırılması üçün komissiya yaradılıb.
Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qəzanın araşdırılması və hadisə yerində ilkin təhqiqat işlərinin aparılması məqsədilə Qazaxıstanın müvafiq qurumlarının əməkdaşları hadisə yerindədirlər.
Qəzanın araşdırılması üçün Qazaxıstana Azərbaycan Respublikasının Mülki Aviasiya Dövlət Agentliyinin nümayəndə heyəti və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təmsilçiləri də gəliblər. İşlər Azərbaycan aviasiya hakimiyyətləri ilə sıx əməkdaşlıq şəraitində aparılır.
Braziliyanın "Embraer" təyyarə istehsalçısının mütəxəssisləri və Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) nümayəndələri də Qazaxıstana yola düşüblər.
Xatırladaq ki, hadisə 25 dekabr saat 11:30-da, Aktau hava limanından üç kilometr aralıda baş verib. "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Bakıdan (Azərbaycan) Qroznıya (Rusiya) uçarkən duman səbəbindən eniş edə bilməyib. Uçuş əvvəlcə Mahaçqalaya, daha sonra Aktauya yönləndirilib.
Oxşar xəbərlər
Qroznı hava limanında məhdudiyyətlər tətbiq edilib
Qroznıda Severnı Beynəlxalq Hava Limanında gəliş və gedişlərə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu h...