16 yaşlı aktyor vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Baby Driver" filmində rol alan 16 yaşlı aktyor Hudson Mik vəfat edib.
BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, amerikalı aktyor Hudson Cosef Mik faciəvi qəzadan sonra dünyasını dəyişib. Belə ki, gənc aktyor Alabama ştatının Vestavia Hills şəhərində hərəkətdə olan avtomobildən yıxılaraq ağır xəsarət alıb.
Qəza zamanı aldığı travmalardan sonra xəstəxanaya yerləşdirilən Mik iki günlük müalicəyə baxmayaraq həkimlərin səylərinə cavab verməyib.
Hudson Mik 2017-ci ildə "Baby Driver" filmində "Gənc Baby" obrazını canlandıraraq məşhurlaşmışdı. O, həmçinin MacGyver adlı televiziya şousunda və The Santa Con kimi ekran işlərində də yer almışdı. Gənc aktyor, "Genius" və "The School Duel" kimi digər layihələrdə də uğurlu çıxışları ilə yadda qalıb.
16 yaşında vəfat edən Hudson Mik istedadlı və perspektivli aktyor kimi kino dünyasında iz buraxdı. Onun vaxtsız ölümü həm pərəstişkarlarını, həm də sənət dostlarını dərin hüznə boğub.
Oxşar xəbərlər
Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasını (CAR) və Ruandanı bir sıra Afrika ölkələrinin mallarının Amerika bazarına rüsumsuz çıxışını nəzərdə tut...