Aktaudakı xəstəxanada neçə yaralı qalıb? - AÇIQLAMA
27
dek
2024
10:35
Manqistau vilayət çoxprofilli xəstəxanasının həkimləri təyyarə qəzasında xəsarət alan və müalicə alan sərnişinlərin vəziyyəti barədə danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Tengrinews.kz" məlumat yayıb.
Məlumata görə, hazırda xəstəxanada altı pasiyent müalicə alır.
"Onlardan dördü reanimasiya şöbəsindədir. Birinin vəziyyəti son dərəcə ağırdır, üç nəfərin isə vəziyyəti stabil ağır olaraq qalır. İki xəstə travmatologiya şöbəsində müalicəni davam etdirir",-deyə bildirilib.
Müalicə alan pasiyentlər arasında üçü Azərbaycan və digər üçü Qırğızıstan vətəndaşıdır.
Oxşar xəbərlər
İsveçrədə baş verən partlayışda azı 40 nəfər ölüb: Yüzdən çox yaralı var
İsveçrədə dağ xizək kurortunda baş verən partlayışda azı 40 nəfər ölüb. BAKU.WS xəbər verir ki, bu barədə "Le Nouvelliste" nəşri məlumat yayıb. Məlumata görə, h...