Braziliyada məhbus dəmir barmaqlıqların arasından keçərək qaçdı – ANBAAN GÖRÜNTÜLƏR

Braziliyada məhbus dəmir barmaqlıqların arasından keçərək qaçdı – ANBAAN GÖRÜNTÜLƏR
Video
Dünya 99

Braziliyada məişət zorakılığı şübhəsi ilə saxlanılan 39 yaşlı kişi polis bölməsindəki kameradan qaçıb. Hadisə müşahidə kameralarına düşüb.

BAKU.WS xəbər verir ki, kişi kameranın metal barmaqlıqları arasındakı boşluqdan əvvəlcə başını və qollarını, daha sonra isə bədənini və ayaqlarını keçirərək təxminən bir dəqiqəyə kameradan çıxıb.

O, daha sonra kamerasındakı ayaqqabılarını götürərək binanı əsas girişdən tərk edib. Məlumata görə, kişi hadisədən bir neçə saat əvvəl sərxoş vəziyyətdə 49 yaşlı həyat yoldaşına, onun 20 yaşlı qızına və qızının sevgilisinə hücum etməkdə şübhəli bilinərək saxlanılıb.

Polis qaçan şəxsin axtarışına başlayıb. Hazırda onun tutulduğu barədə məlumat yoxdur. Hadisədən sonra məhbusun çıxdığı kamera bağlanıb və oxşar qaçışların qarşısını almaq üçün konstruksiyasının dəyişdiriləcəyi bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər