Putin Səudiyyə Ərəbistanındakı səfiri vəzifədən azad edib

Putin Səudiyyə Ərəbistanındakı səfiri vəzifədən azad edib
Dünya 19

Rusiya Prezidenti Vladimir Putin Sergey Kozlovu ölkənin Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

BAKU.WS xəbər verir ki, bununla bağlı müvafiq sərəncam hüquqi aktların rəsmi dərc olunduğu internet portalında yayımlanıb.

Sərəncamda Sergey Kozlovun Rusiya Federasiyasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edildiyi bildirilib.

Qeyd edək ki, son günlər Rusiya diplomatik nümayəndəliklərində bir sıra dəyişikliklər baş verib.

Sentyabrın 25-də Vladimir Putin Andrey Kelini Rusiyanın Böyük Britaniyadakı səfiri vəzifəsindən azad edib. Kelin 2019-cu il noyabrın 5-də bu vəzifəyə təyin edilmişdi və 2026-cı il sentyabrın 1-də Londondakı diplomatik fəaliyyətini başa çatdırıb.

Bundan əvvəl, sentyabrın 24-də Aleksey Meşkov Rusiyanın Fransadakı və eyni zamanda Monakodakı səfiri vəzifəsindən azad edilib. O, daha sonra Tver vilayəti hökumətinin nümayəndəsi kimi Federasiya Şurasına senator təyin olunub.

Bu ilin martında isə Putin Georgi Mixnonu Rusiyanın Polşadakı yeni səfiri təyin edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər