Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından ötən gecə rekord həcmdə neft daşındığını bildirib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə İllinoys ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, boğazdan daşınan neftin həcmi ABŞ-nin İranla müharibəyə başlamasından əvvəlki göstəricini də ötüb. Tramp bununla belə, konkret olaraq nə qədər neftin daşındığını açıqlamayıb.
"Müharibə bitən kimi - bu isə yaxın vaxtlarda baş verəcək - neftin qiymətləri çökəcək və bütün qiymətlər aşağı düşəcək", - ABŞ lideri deyib.
Tramp hazırda neftin qiymətinin ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası dövründəkindən daha aşağı olduğunu da bildirib.
Kpler-in məlumatına görə, sentyabrın 20-dən başlayan həftədə indiyədək Hörmüz boğazından 33,7 milyon barel xam neft daşınıb. Əvvəlki həftə ərzində isə bu göstərici 49,2 milyon barel olub.
Oxşar xəbərlər
Hindistanda güclü yağışlar 56 nəfərin ölümünə səbəb olub
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında aramsız və güclü yağışlar nəticəsində azı 56 nəfər ölüb, 46 nəfər xəsarət alıb. BAKU.WS xəbər verir ki, sentyabr...