Tokayev 14 hərbçinin ölümündən sonra müdafiə nazirini vəzifədən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.
BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı müdafiə nazirinin vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Qərarın Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı baş verən və 14 hərbçinin ölümü ilə nəticələnən faciədən sonra qəbul edildiyi bildirilir.
Hadisə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı baş verib. İlkin məlumata əsasən, hərbçilərin olduğu qayıqdan şəxsi heyətin sahilə çıxarılması zamanı hava şəraiti qəfil pisləşib. Güclü külək nəticəsində hərbçilər açıq dənizə doğru sürükləniblər.
Faciə nəticəsində 14 hərbçi həyatını itirib, 3 nəfər isə xilas edilib.
Oxşar xəbərlər
Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görü...