Hindistan və Nepalda sel və torpaq sürüşməsi: 83 nəfər öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan və Nepalda güclü musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində azı 83 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında 62 nəfər ölüb, 46 nəfər yaralanıb, 1000-dən çox evə ciddi ziyan dəyib.
Üç gündür davam edən güclü yağışlar nəticəsində bölgənin bir sıra ərazilərini su basıb. Xilasetmə qrupları su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan sakinləri qayıqlarla təxliyə edib. Lucknou şəhəri də daxil olmaqla bir sıra ərazilərdə məktəblərdə dərslər dayandırılıb.
Meteoroloqlar yağışların zəifləyəcəyini, lakin ştatın şərq və qərb hissələrində lokal yağıntıların davam edə biləcəyini bildiriblər. Qonşu Odişa ştatında isə təhlükəsizlik məqsədilə 75 mindən çox sakin təxliyə olunub.
Nepalda da sel və torpaq sürüşmələri nəticəsində 21 nəfər ölüb, 5 nəfər itkin düşüb. Təbii fəlakətlər 194 evə ziyan vurub.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...