Bir zamanlar Cənubi Qafqazda yaşayan Binəqədi kərgədanının görüntüləri

Bir zamanlar Cənubi Qafqazda yaşayan Binəqədi kərgədanının görüntüləri
Video
Sosial 42

Turistlərin axın etdiyi Palçıq Vulkanları Turizm Kompleksinin Təbiət tarixi sərgi zalı maraqlı və nadir eksponatlarla diqqət mərkəzindədir. Belə ki, burada Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın eksponat nümayiş olunur.

BAKU.WS xəbər verir ki, kompleksdə skeleti nümayiş olunan maraqlı və nadir heyvan eksponatlarından biri də 55-75 min il əvvəl, son Pleystosen dövründə (Yer kürəsində güclü buzlaşmaların və soyuq iqlim mərhələlərinin təkrarlandığı əsas dövrlərdən biri) müasir Cənubi Qafqaz ərazisində yaşayan nəsli kəsilmiş kərgədandır.

Bir zamanlar Cənubi Qafqazda yaşayan Binəqədi kərgədanının görüntüləri

Bu heyvan növünün qalıqları ilk dəfə 1938-ci ildə Bakı yaxınlığında Binəqədi kəndində, "Binəqədi IV dövr fauna və florası təbiət abidəsi"ndə aşkar edilib.

Binəqədi kərgədanı yunlu kərgədanla yaxın qohumdur, bəzi alimlərin fikrincə isə onlar eyni növüdür. Müasir kərgədanlar kimi Binəqədi kərgədanının bir-birinin ardınca yerləşən iki buynuzu mövcud olub. Onların dişləri Asiya növündən fərqlənir və daha çox Afrika kərgədanına yaxındır.

Onu da bildirək ki, bu kərgədanının mövcud olduğu təbii arealda canavar, bəbir, porsuqlar, nəhəng marallar, vəhşi uzunqulaqlar və buz dövrünün digər heyvanları yaşayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər