Rusiyanın daha iki hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub
Rusiyanın Volqoqrad və Həştərxan hava limanlarında da hava məkanından istifadəyə məhdudiyyətlər tətbiq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bundan əvvəl Soçi və Kazan hava limanlarında təyyarələrin yola salınması və qəbulu dayandırılıb.
"Bu gün səhər saatlarında regionda tətbiq edilən hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər səbəbindən Volqoqrad hava limanına Moskvadan (Aeroflot və Pobeda aviaşirkətləri) uçuşların gəlişi ləngiyir. Hazırda bütün məhdudiyyətlər aradan qaldırılıb, biz bütün gecikmiş uçuşların gəlişini gözləyirik", - deyə Volqoqrad hava limanının mətbuat xidmətindən RİA Novosti-yə bildiriblər.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...