Rusiyanın daha üç hava limanında PUA təhlükəsi
Rusiyanın daha üç hava limanında "Kover" planı tətbiq edilib.
BAKU.WS xəbər verir ki, cümə günü səhər saatlarında Qroznı, Mahaçqala və Samara şəhərlərinin hava limanlarında "Kover" planı tətbiq olunub. Bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Plan çərçivəsində uçuş və eniş reyslərinə məhdudiyyətlər qoyulub. İlkin məlumata görə, bu addım pilotsuz uçuş aparatlarının mümkün hücumu təhlükəsi ilə əlaqədardır.
Qeyd edək ki, bundan əvvəl Astraxan, Soçi, Volqoqrad və Kazan hava limanlarında da analoji məhdudiyyətlər tətbiq edilmişdi. Lakin yayılan məlumata görə, Astraxan və Volqoqradda məhdudiyyətlər artıq ləğv edilib.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...