Tanınmış müğənninin jurnalist qardaşı evində ölü tapıldı
Müğənni Yaşar İpekə ağır itki üz verib.
BAKU.WS xəbər verir ki, onun 42 yaşlı qardaşı Işık İpek evində ölü vəziyyətdə tapılıb.
Sənətçinin qardaşı Türkiyədə tanınmış jurnalistdir. Onun vəfatı barədə məlumatı maqazin jurnalistləri dərnəyi yayıb.
"Işık İpeyin vəfatına görə çox kədərlənirik. Allah ona rəhmət eləsin, ailəsinə və bütün yaxınlarına başsağlığı veririk, səbr diləyirik" - deyə məlumatda qeyd edilib.
Mərhumun infarktdan vəfat etdiyi ehtimal edilib. O bu gün Yeniköy məzarlığında torpağa tapşırılacaq.
Müğənnilər Mahsun Kırmızıgül, Derya Uluğ və aktrisa Demet Özdemir Işık İpekin vəfatı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.
Qalereya
Oxşar xəbərlər
Şimali Kiprdə batan sərnişin gəmisinin kapitanı həbs edilib
Şimali Kipr Türk Respublikasının Girnə şəhəri sahillərində 267 nəfərin olduğu sərnişin gəmisinin batması ilə bağlı araşdırma çərçivəsində kapitan həbs edilib. B...