Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin saxlanılması xərcləri 4 %-dən çox azaldılıb
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin saxlanılmasına 1 milyon 862 min manat vəsait ayrılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 4,4 % azdır.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.
Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər - 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...