Kazan və Soçi hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakı vaxtı ilə saat 07:00-dan etibarən Kazan hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq olunur. Bu cür tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək üçün həyata keçirilib,
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Hava limanı müvəqqəti olaraq təyyarələrin qəbulunu və göndərilməsini dayandırıb. Təyyarənin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri yerində təhlükəsizliyə cavabdehdirlər.
Oxşar məhdudiyyətlər Soçi hava limanına da tətbiq edilib.
Bir gün əvvəl Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Qrabtsevo hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Bir müddət sonra isə məhdudiyyət aradan qaldırılıb.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...