2025-ci ildən vətəndaşlar üçün PULSUZ OLACAQ

2025-ci ildən vətəndaşlar üçün PULSUZ OLACAQ
Sosial 902

Artıq ambulator şəraitdə müalicə alan vətəndaşlara resept əsasında yazılan bəzi dərmanlar onlara dövlət hesabına veriləcək.

BAKU.WS-in məlumatına görə, bu məsələlər Prezident İlham Əliyevin təsdiqlədiyi "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlara edilən dəyişiklikdə əksini tapıb.

İlkin mərhələdə ürək-damar xəstəlikləri, daha sonra həzm, tənəffüs sistemi xəstəliklərinin dərman vasitələrini sığorta qarşılayacaq.

İcbari tibbi sığorta hesabına qarşılanacaq dərman vasitələri xidmətlər zərfində öz əksini tapacaq. Pozitiv siyahı olacaq və dərman vasitələrinin təsiredici maddələri orada qeyd olunmaqla hər birinin şərti kompensasiya məbləği, yəni sığorta tərəfindən ödənilən məbləği qeyd olunacaq.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi özəl obyektlərlə müqavilələr imzalayacaq, dərmanlar isə vətəndaşlara elektron resept əsasında veriləcək. Vətəndaş aptekə yaxınlaşdıqda, orada sığortanın qarşıladığı sığorta tərəfindən tam qarşılanan və pərakəndə satış qiyməti eyni olan bir dərman vasitəsilə rastlaşacaq. Əgər vətəndaş həmin dərman vasitəsini istəməsə, digər bir dərman vasitəsini almaq istəyirsə, artıq burada pasiyentə seçim veriləcək.

Dərman vasitəsinin aptekdəki qiyməti ilə sığorta tərəfindən ödənilən qiymətin arasında müəyyən bir fərq yarana bilər. Bu fərqi pasiyent ödəməklə sığorta hesabına qarşılanan dərmandan istifadə edə biləcək.

Əhalinin səhiyyə ilə bağlı olan xərclərinin böyük bir qismi azalacaq. Bununla da öz büdcələrindən deyil, dövlət hesabına bu dərmanları əldə edəcəklər. Həmçinin bəzi hallarda lazım olmayan dərmanları da qəbul etməyəcəklər və vaxtında sağalacaqlar.

Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən özəl apteklərlə müqavilələrin imzalanması ilə bağlı meyarlar və digər tənzimləyici qaydalar hazırlanır. İcbari sığorta ilə dərman vasitələrinin verilməsi isə növbəti ilin ortalarında nəzərdə tutulub.

Son xəbərlər