Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, sakinlərə evlərin açarları təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, dekabrın 27-də 119 nəfərdən ibarət 21 keçmiş məcburi köçkün ailəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində doğma yurda qayıdıb.
Köç ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələri əhatə edib.
*** 12:37
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, dekabrın 27-də 119 nəfərdən ibarət 21 ailənin Xocalı rayonunun Ballıca kəndinə köçürülməsi həyata keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata-baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı doğma torpaqlarında qeyd edəcəklər.
Ballıca kəndində bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində işğaldan azad olunub.
Xatırladaq ki, dekabrın 13-də Ballıcaya 152 nəfərdən ibarət 27 ailə köçürülüb.
Qalereya
Oxşar xəbərlər
Sabunçu Tibb Mərkəzi göndərişi olan xəstəni qəbul etmir? - İDDİA
Əlində tibbi göndərişi olsa da, xəstəni Sabunçu Tibb Mərkəzinə qəbul etmirlər. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, şəxsin özü və yaxınları belə iddia...