Hökümə Əliyevadan yazan Brilliant Dadaşova: "Ürəyimin bugünkü qədər ağrıyacağını bilməzdim"
Xalq artisti Brilliant Dadaşova təyyarə qəzasında vəfat edən stüardessa Hökümə Əliyeva ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, İnstaqram hesanında stüardessanın foto və videolarını paylaşan Dadaşova həmin görüntülərə ifa etdiyi mahnılardan birini əlavə edib.
Daha sonra Xalq artisti videoya "Bu musiqini ifa edərkən ürəyimin bugünkü qədər ağrayacağını bilməzdim" şərhini yazıb.
Xatırladaq ki, ötən gün AZAL-a aid təyyarənin Aktau yaxınlığında qəzaya uğraması zamanı üç ekipaj üzvü həlak olub.
Onlardan biri Hökümə Əliyevadır. 1991-ci il təvəllüdlü Hökümə əslən Kəlbəcər rayonundandır. O BDU-nun Hüquq fakültəsinin məzunu olub.
Oxşar xəbərlər
İndiyə qədər 70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Bu barədə BAKU.WS-ə DİM-dən məlumat verilib. Bildirilib ki,...