İvanka Trampı heyran qoyan 15 yaşlı azərbaycanlı qız DANIŞDI (VİDEO)

İvanka Trampı heyran qoyan 15 yaşlı azərbaycanlı qız DANIŞDI (VİDEO)
Video
Video 4645
Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edən ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Tramp (Ivanka Trump) azərbaycanlı 15 yaşlı ixtiraçı Reyhan Camalova haqqında fikirlərini bölüşüb. İ.Tramp Reyhanın ixtira etdiyi “Rainergy” qurğusunun bütün cəmiyyətə böyük xeyir gətirəcəyini deyib.“Report”un suallarını cavablandıran Reyhan Camalova ixtirası və GES haqqında da fikirlərini bölüşüb. Onun sözlərinə görə, “Rainergy” qurğusunun kütləvi buraxılışı üçün artıq sərmayədarlar müəyyən təkliflər irəli sürüblər.Gənc ixtiraçı ümumi hündürlüyü 9 metrə çatan qurğunun əsasən musson iqlimi hakim olan ölkələr üçün əhəmiyyət daşıdığını qeyd edib:“Rezervuarda toplana yağış suyu yüksək sürət və təzyiqlə aşağıdakı generatoru hərəkətə gətirir. Bu enerji akkumulyatorda toplanır və insanlar ehtiyacları olduğu zaman həmin enerjidən istifadə edə bilərlər”.“GES-dən gözləntilərim çox böyükdür. GES mənim gələcək uğurlarım üçün qızıl açardır”, - deyə Reyhan bildirib.BAKU.WS

Son xəbərlər