Tramp qızını prezident köməkçisi etdi
30
mar
2017
11:11
ABŞ prezidenti Donald Trampın böyük qızı İvanka Tramp artıq rəsmi şəkildə dövlət qulluqçusu kimi işə başlayacaq.
Trend-in məlumatına görə, o da həyat yoldaşı Cared Kuşner kimi müşavir olaraq çalışacaq. "The New York Times" yazıb ki, onlar bu işlərinə görə əməkhaqqı almayacaqlar.
Artıq İvanka üçün Ağ Evdə xüsusi kabinet də ayrılıb. Onun vəzifəsi "prezidentin köməkçisi" adlanır.
Qeyd edək ki, C.Kuşner isə hazırda prezidentin baş müşaviridir.
BAKU.WS
Oxşar xəbərlər
Trampın inaqurasiyasına qatılan azərbaycanlı xanım - Kimdir o?
Məlum olduğu kimi, yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub. "Qafqazinfo”nun əldə etdiyi məlumata g...