İvanka Tramp azərbaycanlı qıza: "Sənin əməyin bizim hamımızı ruhlandırır" (VİDEO)

İvanka Tramp azərbaycanlı qıza: Sənin əməyin bizim hamımızı ruhlandırır (VİDEO)
Video
Sosial 1911
ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp azərbaycanlı qızın uğurundan danışıb. BAKU.WS-in məlumatına görə, Hindistanda keçirilən "Qlobal Sahibkarlıq Sammiti"ndə çıxış edən İvanka Tramp çıxışı zamanı Azərbaycandan olan Reyhan Camalovanın ixtirasından söhbət açıb. O bildirib ki, Reyhan yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunu yaradıb: "Reyhanın cəmi 15 yaşı var. Amma bu onu yağış suyundan enerji istehsal edən şirkət yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var: "Hər dəfə bir evi işıqlandır!" Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır... Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır". Qeyd edək ki, Reyhan 2002-ci ildə Qubada doğulub və hal-hazırda Bakıda "İstək" liseyində təhsil alır. NazimBAKU.WS

Oxşar xəbərlər

Tramp: "Mən onun sayəsində bu dərsi öyrəndim"

Tramp: "Mən onun sayəsində bu dərsi öyrəndim"

ABŞ Prezidenti Donald Tramp içki içməməsi və siqaret çəkməməsi barədə danışıb.BAKU.WS-in məlumatına görə, D.Tramp içki və siqaret aludəçisi olmadığı üçün böyük...

1373 Siyasət 16:24 27 oktyabr 2017

Son xəbərlər