Telman İsmayılovun 1,4 milyardlıq otelində 1000 işçi çıxdı, su və işıq kəsildi (VİDEO)
06
noy
2017
10:56
Antalyada 1,4 milyard dollara tikilən, Azərbaycanlı milyarder Telman İsmayılova məxsus "Mardan Palace Otel"də borc səbəbiylə yaşanan problemlər böyüyür.BAKU.WS-in məlumatına görə, avqustun ilk həftəsində rezervasiyanı dayandıran 5 ulduzlu otelin suyunu kəsmişdilər. Bu dəfə isə otelin elektrik verilişi də dayandırılıb. Antaliyanın Aksu bölgəsində yerləşən otelin 2009-ci ildə açılışına Şeron Ston, Riçard Gir, Paris Hilton, Maray Keri və Monika Belluççi kimi ulduzlar iştirak edib. Oktyabr ayının əvvəlində Antalya Su və Atıksu İdarəsi (ASAT) qarşılıqlı razılaşmalar və məhkəmə qərarı ilə təxirə salınan təxminən 2 milyon lirə borca görə su təchizatını dayandırıb. Artıq vəziyyət o həddə çatıb ki, eletrik enerjisi də dayandırılıb və faktiki olaraq otel fəaliyyətini dayandırıb. Oteldə təxminən 1000-ə yaxın işçi çalışırdı. Ancaq maddi problemlər səbəbindən bütün işçilər oteli tərk edib. İşçilərin 4- 5 aylıq maaşlarının da verilmədiyi bildirilir. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı milyarderin stadionu satışa çıxarıldı
Azərbaycanlı biznesmen Telman İsmayılova məxsus "Mardan Palace" otelinin idman kompleksi satışa çıxarılıb.BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, Antaly...