Azərbaycanlı milyarderin stadionu satışa çıxarıldı
25
okt
2017
10:50
Azərbaycanlı biznesmen Telman İsmayılova məxsus "Mardan Palace" otelinin idman kompleksi satışa çıxarılıb.BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, Antalyada yerləşən otelin 101 min 407 kvadrat metrlik sahəsinə qiymət qoyulub. 2009-cu ildə Kundu bölgəsində 1,4 milyard dollara inşa edilən və 2010-cu ildə dünyanın ən lüks oteli seçilən "Mardan Palace" Telman İsmayılovun İctimai Təhlükəsizlik Təşkilatına olan borcu üzündən əlindən alınmışdı. Komplekslə yanaşı, otelə məxsus bir neçə yer ümumilikdə 101 milyon lirəyə satışa çıxarılıb. İdman kompleksində 4 tribunalı stadion, tək tribunalı bir futbol meydanı və 2 məşq meydanı yerləşir.Qeyd edək ki, "AST 1989 Group"a məxsus olan "Mardan Palace" otelinin ümumi sahəsi 180 min kvadrat metrdi. Otelin inşası zamanı 10 min kvadrat metrlik qızıl və 500 min kristaldan istifadə olunub.BAKU.WS
Oxşar xəbərlər
Telman İsmayılovun 1,4 milyardlıq otelinin suyu kəsildi- 2 milyonluq borca görə
Azərbaycanlı milyarder Telman İsmayılova məxsus "Mardan Palace Hotel"in suyu kəsilib. BAKU.WS-in məlumatına görə, Antalya Su İdarəsi "World Travel Awards" tərəf...