Telman İsmayılovun milyardlıq mülkü uğrunda "müharibə"
Borclar səbəbindən icra yolu ilə "Halk Bank"a satılan "Mardan Palace" otelinin kasasiya məhkəməsi 5-ci dəfə təxirə salınıb. ANS PRESS-in məlumatına görə, Antalyanın Aksu bölgəsində yerləşən bu otelin hərraca çıxması ilə bağlı baş tutan məhkəmədə AST şirkəti adından vəkil Murad Türkal, "Halk Bank"ın vəkili İsmayıl Çalım, Zəmanət Bankın vəkili Əli Azad Yeşiltepe iştirak edib.
Məhkəmədə əlavə dəyər vergisinin nə qədər olacağına dair müzakirələr aparılıb. AST şirkəti adından vəkil Murad Türkal müzakirədə verilən cavabı araşdırmaq üçün müddət tələb edib. Tələbi uyğun tapan məhkəmə iclası təxirə salıb.
Azərbaycanlı milyarder Telman İsmayılova məxsus "Mardan Palace" oteli ötən ilin noyabr ayında "Halk Bank"a satılıb. "Halk Bank" ilk olaraq otelin borclu olduğu Garanti Bankı ilə hesablaşıb və 207 milyon lirə onun hesabına keçirilib.
Bu ilin fevral ayında isə Azərbaycanlı milyarderdən alınan dünyanın ən lüks otellərindən biri hesab edilən "Mardan Palace" yenidən satışa çıxarılıb. Ancaq hərracın ləğvi üçün "Mardan Palace"in nəzdində olduğu AST İnşaat şirkəti məhkəməyə müraciət edib.
Azərbaycanlı milyarderin oteli "Mardan Palace" 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı. Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı milyarderin qızıldan tikilən otelinin ətrafında qalmaqal
Azərbaycanlı iş adamı Telman İsmayılovun inşa etdirdiyi "Mardan Palace"ın Halk Bankına satılması ilə bağlı tenderin ləğvi ilə bağlı məhkəmə prosesi olub. BAKU...